<b><span style="color:red;">Səbuhi Məmmədli İraq sərhədində:  “Hamı ondan qorxub qaçır...” – <span style="color:red;">CANLI XƏBƏR </b>
17 iyun 2014 11:43 (UTC +04:00)

Səbuhi Məmmədli İraq sərhədində: “Hamı ondan qorxub qaçır...” – CANLI XƏBƏR

İŞİD qüvvələrinin türkmənlərin kompakt yaşadığı Telafarda törətdiyi qırğından sonra sakinlərin əksəriyyəti şəhəri tərk edib. Türkiyənin İraqla sərhəddəki Habur sərhəd-keçid məntəqəsindən xəbər verən əməkdaşımız

Səbuhi Məmmədli İŞİD-in ələ keçirdiyi Telafar və digər şəhərlərin sakinlərinin minik maşınlarıyla, avtobuslarla və piyada Türkiyə sərhədinə hərəkət etdiyini deyib: “İŞİD-in Telafarı işğalından sonra insanların əksəriyyəti Ərbil və Duhok şəhərlərinə qaçıb. İnsanlar Kərkükə getməyə ehtiyat edirlər. Çünki İŞİD-in ələ keçirmək istədiyi strateji şəhərlərdən biri də Kərkükdür”.

 

Sərhədi indilərdə keçən Telafar sakini Şahin Salimin əməkdaşımıza verdiyi xəbərə görə, Telafarda İŞİD qüvvələrinə qarşı heç bir müqavimət olmayıb: “Bütün güc strukturları silahı atıb qaçdılar. Üç gün əvvəl Tikritdə 1700 polisin edam edilməsi onları vahiməyə salıb, hamı o dəhşətlərdən qorxub qaçır. Ərbil və Duhokda çadır şəhərcikləri qurulsa da, biz ora getmədik. Evdən əynimizi-başımızı götürüb çıxdıq. Heç çörək pulumuz da yoxdur”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5798
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar