![[b]"48 mindən çox axtarışda olan şəxs təhvil verilib" - Nazir[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]"48 mindən çox axtarışda olan şəxs təhvil verilib" - Nazir[/b]
"Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır".
APA-nın xəbərinə görə, bunu Azərbaycan polisinin 100 illik yubileyi və 2 iyul - Polis günü münasibətilə keçirilən mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərə çarpacaq dərəcədə aşağı düşüb.
R. Usubov qeyd edib ki, son 15 ildə Azərbaycanda hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərərvurma, oğurluq, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır.
Nazirin sözlərinə görə, son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə-istintaq orqanlarına təhvil verilib. R. Usubov cinayətlərin orta hesabla açılmasının 87 faiz təşkil etdiyini vurğulayıb: "Qeydə alınan cinayətlərin təxminən 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.
Oxşar yazılar

Hacıqabul sakinini "tok" vurub öldürdü
9 iyul 2025 , 01:34
Gədəbəydə yol qəzası: 4 nəfər yaralandı-YENİLƏNİB
8 iyul 2025 , 22:45
Bakıda kişi sirkədən zəhərlənib öldü
8 iyul 2025 , 19:33
Sabirabadda ana doğuş zamanı öldü
8 iyul 2025 , 19:00
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varislər ifadə verib
8 iyul 2025 , 18:31
Abşeronda kişi evinin yanındakı quyuya düşdü
8 iyul 2025 , 18:18
Azərbaycanda icra hakimiyyəti binasında FACİƏ: gənc usta öldü
8 iyul 2025 , 15:39