[b]87 yaşlı bibisini qəbiristanlıqda zorlayaraq öldürənə AĞIR CƏZA TƏLƏBİ[/b]
03 may 2019 17:17 (UTC +04:00)

[b]87 yaşlı bibisini qəbiristanlıqda zorlayaraq öldürənə AĞIR CƏZA TƏLƏBİ[/b]

Qubada 87 yaşlı bibisi zorlayaraq öldürməkdə təqsirli bilinən Mişi Miqirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 
 
 
Lent.az-ın məlmatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edərək Mişi Miqirovun 20 il müddətinə azadlıqdna məhrum edilməsini istəyib. 
 
Proses qeyri müəyyən vaxta qədər təxirə salınıb. 
 
İttihama görə, bu il aprelin 17-də Quba rayonunun Qırmızı qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov 87 yaşlı bibisi Şüşan Sumxayevanı qətlə yetirib
 
Xəstəxanaya yerləşdirilən Şüşan Sumxayeva orada ölüb.
 
Quba rayon polis şöbəsinin əməkdaşları Mişi Miqirovu saxlayıb. Məlum olub ki, hadisədən bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə həmin şəxsin məzarının yanında olub.
 
Qardaşının məzarı başında Mişi Miqirov bibisi ilə mübahisə edib. Mübahisə zamanı o, bibisinə çoxsaylı bıçaq zərbələri vurub. Daha sonra o ahıl qadını zorlayıb. 
 
Mişi Miqirov hadisə zamanı sərxoş olub.
 
İstintaq orqanı tərəfindən Mişi Miqirov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə)  149-ci (zorlama), 150-ci (seksual xaraktelerli hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377
avatar

Səlcuq Elçin

Oxşar yazılar