<b>80 minlik təqsirləndirilən qadına <span style="color:red;">BƏRAƏT </b>
04 iyul 2018 15:47 (UTC +04:00)

80 minlik təqsirləndirilən qadına BƏRAƏT

80 min manatlıq dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevim sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Dürdanə Əhmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Təqsirləndirilənin vəkili Ülkər Yusifova  çıxış edərək müvəkkili barəsində verilən ittihamların heç bir əsasının olmadığını və onun barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

 

 

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Dürdanə Əhmədovaya bu iş üzrə bəraət verilib.

 

 

Lakin Dürdanə Əhmədovun başqa cinayət işi üzrə həbsdə olduğundan məhkəmədən azadlığa buraxılmayıb.

 

 

Qeyd edək ki, ittihama görə, Dürdanə Əhmədova öz yaşayış evini Ramin Məmmədova 80 min manata satıb. Lakin o pulu aldıqdan sonra həmin evi başqa şəxsə də satıb.

Zərərçəkənin şikayəti əsasında Dürdanə Əhmədovaya Cinayət Məcəlləsinin 178.3.2-ci( külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham verilib.

 

Dürdanə Əhmədova başqa bir dələduzluq cinayətində təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

Səlcuq Elçin

Oxşar yazılar