Balakəndə 41 yaşlı kişi arı sancmasından ölüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Balakən rayonu Qazma kənd sakini, 1977-ci il təvəllüdlü İlqar Məmməd oğlu Əliyev travmatik şok vəziyyətdə yaxınlarının köməkliyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.
MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 41 yaşlı İlqar Əliyevin öldüyü məlum olub. Araşdırma zamanı məlum olub ki, arıçılıqla məşğul olan İlqar Əliyev özünə məxsus təsərrüfatda işləyən zaman arı onun boyun nahiyəsindən sancıb.
Arı sancmasından sonra İlqar Əliyevin vəziyyəti pisləşib.