<b>2 nəfər maşının altında qalıb öldü <span style="color:red;">- AZƏRBAYCANDA </b>
14 dekabr 2016 10:15 (UTC +04:00)

2 nəfər maşının altında qalıb öldü - AZƏRBAYCANDA

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sumqayıt şəhəri ərazisində “Volskwagen” markalı, 50 CM 233 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyadanı vurub. Hadisə yerində ölən piyadanın şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

Şamaxı rayonunda da oxşar hadisə baş verib. Burada “VAZ 21015” markalı, 56 BF 636 dövlət nömrə nişanlı minik avtomobili 1973-cü il təvəllüdlü kişini vurub. Piyada hadisə yerindəcə keçinib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Nizam Rza

Oxşar yazılar