Bakıda DƏHŞƏT: ana 25 yaşlı oğlunun meyitini tapdı - YENİLƏNİB
14 noyabr 2016 11:31 (UTC +04:00)

Bakıda DƏHŞƏT: ana 25 yaşlı oğlunun meyitini tapdı - YENİLƏNİB

Dünən Bakı şəhərinin Xətai rayonunda baş vermiş intiharla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Gəncə prospektindəki evin eyvanında özünü asaraq intihar edən 25 yaşlı Elvin Hüseynov xeyli vaxt imiş ki, işsiz imiş. Subay olan Elvin hadisəni anası ilə evdə birlikdə olarkən törədib. O, eyvana çıxaraq barmaqlığa bərkitdiyi iplə özünü asıb. Bir az sonra oğlunun qayıtmadığını görən ana eyvana çıxdıqda dəhşətli mənzərə ilə qarşılaşıb. İntihar edən gəncin hər hansı məktubu tapılmadığından hadisənin səbəbi barədə dəqiq məlumat əldə etmək hələlik mümkün olmayıb. E.Hüseynovun telefonu araşdırmalar çərçivəsində götürülüb.

 

 

 

 

 

*****

 

 

 

9:35

 

 

Bakıda intihar hadisəsi baş verib.

 

 

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Gəncə prospekti 103 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən doqquz mərtəbəli binanın birinci mərtəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Elvin İlqar oğlu Hüseynov özünü evin eyvanındakı dəmir barmaqlıqlardan asıb.

 

İntiharın səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Nizam Rza

Oxşar yazılar