"Azərbaycan  Avropa Məhkəməsində namizədlərini yanvara kimi təqdim etməlidir"
27 oktyabr 2015 11:05 (UTC +04:00)

"Azərbaycan Avropa Məhkəməsində namizədlərini yanvara kimi təqdim etməlidir"

0
“Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsində yeni hakim postuna namizədlərini gələn ilin yanvarına kimi təqdim etməlidir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi, Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov deyib.

 

Çingiz Əsgərov bildirib ki, Azərbaycandan olan yeni hakimlə bağlı məsələyə Avropa Şurası Parlament Assambleyasının aprel sessiyasında baxılması planlaşdırılır.

 

O, həmçinin Məhkəmə Hüquq Şurasının namizədlərlə bağlı müsabiqə elan etdiyini açıqlayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar