Quldurluq və dələduzluq etmiş şəxslər tutulub
24 oktyabr 2015 13:51 (UTC +04:00)

Quldurluq və dələduzluq etmiş şəxslər tutulub

0

Quldurluq və dələduzluqda təqsirləndirilən  Bakı şəhər sakinləri  yaxalanıblar.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də İsmayıl Mehbullayevin 700 manatını quldurluq yolu ilə almış Bakı şəhər sakini Fərid Allahverdiyev tutulub.

Bakı şəhər sakini Orxan Mikayılov isə Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Ruslan Babayevin mobil telefonunu dələduzluq yolu ilə aldığı üçün tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar