Sumqayıt şəhərində oğurluq etmiş qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Salisat Əliyevanın evindən 2000 manat və 1 ədəd qızıl üzük oğurlamış İnşaatçılar qəsəbə sakini Çiçək Xəbərova tutulub.
Araşdırmalar davam etdirilir.