“Xəzər” TV-nin əməkdaşı qarət edildi
02 mart 2018 13:49 (UTC +04:00)

“Xəzər” TV-nin əməkdaşı qarət edildi

0

“Xəzər” TV-nin əməkdaşı qarət edilib.

 

APA-nın məlumatına görə, hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında, “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.

 

 

“Xəzər” televiziyasının əməkdaşı Ülkər Qasımqızının əl çantası avtomobildən oğurlanıb.

 

 

Jurnalistin çantasında ona məxsus şəxsiyyət vəsiqəsi, mənzilinin açarları, maaş kartı, nişanlısının Gürcüstan Respublikası vətəndaşlığına aid ümumvətəndaşlıq pasportu, anasına məxsus maaş kartı və digər əşyalar olub.

 

Oğurluq edən şəxsin görüntüləri ətrafda yerləşən mağazanın müşahidə kameralarına düşüb.

 

Jurnalist hadisə ilə Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar