Ötən gecə Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi olub.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nigar Rəfibəyli küçəsi 34, ünvanının qarşısında 91-ci il təvəllüdlü Hənifəyev Hacıbala 89-cu il təvəllüdlü Abdullazadə Turalı bıçaqlayıb.
Məlumata görə, şəhərin “Torqovı” adlanan ərazisindəki gecə klublarından birində mübahisə edən gənclərin söhbətinin sonu bıçaqlanma ilə yekunlaşıb.
Döş qəfəsindən ağır xəsarət almış T.Abdullazadə kliniki tibbi mərkəzə yerləşdirilib. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.