“Torqovı”da həyəcanlı dəqiqələr – intiharın qarşısı alındı
04 iyul 2013 18:34 (UTC +04:00)

“Torqovı”da həyəcanlı dəqiqələr – intiharın qarşısı alındı

Bu gün Bakının Səbail rayonu ərazisində intihara cəhd hadisəsi olub. Lent. az-ın məlumatına görə, “Torqovı” adlanan ərazidə, Natəvanın heykəli yaxınlığında 32 yaşlı kişi 5 mərtəbəli binanın üstünə çıxaraq qışqırıb və özünü atacağını deyib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətin əməkdaşları gəlib. binanın qarşısında xüsusi xilasetmə toru – brezent açılıb. Həmçinin əraziyə polis qüvvələri cəlb edilib. Ətrafa toplaşan yüzlərlə insan təhlükə ərazisindən uzaqlaşdırılıb.

 

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət nəticəsində intihara cəhdin qarşısı alınıb. Məlum olub ki, özünü öldürmək istəyən şəxs paytaxt sakini 1981-ci il təvəllüdlü Məmmədov Mais Knyaz oğludur. O polis bölməsinə aparılıb. Psixoloji söhbət zamanı məlum olub ki, M. Məmmədov maddi çətinliklər səbəbindən həyatdan bezərək intihar etmək qərarına gəlib.

 

Araşdırmalar davam etdirilir.

# 4998
avatar

Nizam Rza

Oxşar yazılar