“Qoşatəpə”  keçid məntəqəsində nisbi sıxlıq yaranıb
09 sentyabr 2015 17:05 (UTC +04:00)

“Qoşatəpə” keçid məntəqəsində nisbi sıxlıq yaranıb

0

 Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində fiberoptik rabitə xəttində qəza baş verdiyi üçün avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində nisbi sıxlıq yaranıb.

 

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata əsasən, hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür və yaxın bir saat ərzində gömrük keçid məntəqəsinin normal fəaliyyəti bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar