53 yaşlı məşhur Hollivud aktrisası Sandra Bullok maraqlı etirafı ilə diqqət çəkib.
Lent.az gecce.com.tr-yə istinadla bildirir ki, aktrisa qonaq olduğu televiziya proqramında ona verilən suala səmimi cavab verib. Aparıcının “çəkildiyiniz filmlərdə kiminlə öpüşmək daha yaddaqalan olub?” sualına Sandra Bullok “təkcə Keanu Reeveslə" – cavabını verib: "Onunla öpüşməyi unuda bilmirəm".
Qeyd edək ki, kanadalı aktyor Bullokla “Matriks” filmində birgə rol alıb.