Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1993-cü il təvəllüdlü Qafarlı Xətai Sərvər oğlu yaşadığı mənzildən dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Lent.az-ın məlumatına görə, X.Qafarlı “Nida” vətəndaş hərəkatının üzvüdür.