“Lent.az” yazdı, millət vəkili hərəkətə keçdi
01 sentyabr 2013 23:33 (UTC +04:00)

“Lent.az” yazdı, millət vəkili hərəkətə keçdi

Bir neçə gün öncə “lent.az”da Ağdamda çürüyən uşaqla bağlı yazı dərc olunub. Hadisədən bir gün sonra isə uşaöın atası infarkt keçirərək, dünyasını dəyişib.

 

Millət vəkili Qənirə Paşayeva bu uşaqla bağlı səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edəcəyini bildirib. Millət vəkili “facebook” səhifəsində yazıb: “14 yaşlı Akiflə bağlı yazını dünən axşam oxudum və bütün gecə demək olar ki, yata bilməmişəm. Gözümün qarşısından getmirdi onun “yardım edin” deyən gözləri. Ağdamda ön cəbhə bölgəsində yaşayan Akifin dərdinin əlacı olsa və ölkəmizdə kömək etmək imkanı olsaydı, dostlara da müraciət edib birlikdə ona kömək etməyə çalışardıq. Amma onun xəstəliyi yazılana görə nadir xəstəlikdir və müalicəsinin harada olub-olmaması da ciddi araşdırılmalıdır. Bir az əvvəl bir millət vəkili kimi səhiyyə naziri Oqtay Şirəliyevə rəsmi məktub yazdım, sabah müraciətlə bərabər cənab nazirlə danışaraq, Akifə kömək etməsi ilə bağlı xahiş edəcəyəm”.

 

Millət vəkili bildirib ki, mütəxəssislərin Akifin müalicəsi və sagalması imkanları ilə bağlı araşdırma aparacaqlarına inanır: “Belə bir ehtimal varsa ona dövlət tərəfindən mütləq kömək olacaq. Allah heç bir uşağı belə bir vəziyyətə düşürməsin! Allah heç bir valideynə belə ağrı yaşatmasın! Allah Akifə kömək olsun! Bütün dualarımız onunladır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2092

Oxşar yazılar

Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

11 iyul 2025 , 21:18
 Cadugərlikdə   ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən  qadın öldü -  YENİLƏNİB

Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB

11 iyul 2025 , 17:48