Oğuz rayonunda ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Şəki şəhər sakini, 1959-cu il təvəllüdlü Salahov Zabit Paşa oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı minik avtomobili “Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişinlər, sürücünün həyat yoldaşı Təranə Hümbətova və onların nəvələri, 1 yaşı hələ tamam olmamış Ömər Musayev aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.
Avtomobildə olan digər sərnişin, sürücünün qızı, 1992-ci il təvəllüdlü Günay Salahova Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, qəzaya düşən avtomobilin sürücüsü Z. Salahov Şəkidə fəaliyyət göstərən “Cənnət Bağı” istirahət mərkəzinin sahibidir. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

“Cənnət bağı”nın sahibi qəza törətdi, özü və iki ailə üzvü öldü
Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05