Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, noyabrın 2-si saat 18:40 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Amir Hacımuradov idarə etdiyi «BMW» markalı avtomobillə 1995-ci il təvəllüdlü Röyal Yarıyevi vurub. R.Yarıyev aldığı xəsarətlər nəticəsində 3 saylı xəstəxanada ölüb.
Araşdırma aparılır.
**
03:26
Bu gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb. Əmir Hacıməmmədov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən yola piyada çıxıb. Əmir Hacıməmmədov avtomobili saxlaya bilməyib və piyadanı vurub. Sürücü yaralı piyadanı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırmağa çalışsa da, o, yolda dünyasını dəyişib.
Sürücü polis tərəfindən saxlanılıb, avtomobil isə cərimə meydançasına aparılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.