<b>“BakuBus”da qədim gümüş və mis pullar tapıldı</b>
16 noyabr 2017 12:57 (UTC +04:00)

“BakuBus”da qədim gümüş və mis pullar tapıldı

"BakuBus" avtobusunun salonundan gümüş və mis pullar tapılıb. “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin Lent.az-a verdiyi məlumata görə, tapıntılar Azərbaycanın qədim dövrünə ( Albaniya dövlətinə aid olduğu güman edilən) aid maddi mədəniyyət nümunələridir: "Dünən bir nəfər tarixi eksponatları götürməyə gəlmişdi. Qədim pulları Qəbələdən tapdığını dedi. Biz ona bildirdik ki, tapılan tarixi eksponatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq". 

 

Qədim əşyalar barədə Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar