“Azərbaycan vəkili” jurnalının ikinci sayı çıxıb
14 avqust 2013 16:03 (UTC +04:00)

“Azərbaycan vəkili” jurnalının ikinci sayı çıxıb

“Azərbaycan vəkili” jurnalının ikinci sayı işıq üzü görüb. Lent.az-ın məlumatına görə,jurnalda tanınmış hüquqşünaslar və vəkillərin istehlakçı hüquqları, əmək müqaviləsinin xitamı, mənəvi zərərin əvəzinin ödənilməsi  və s. məsələlərlə bağlı məqalələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevin “Konstitusional təfsir və fərdi şikayətlər” adlı yazısı, konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müsahibəsi toplanıb.

 

Jurnalda, həmçinin Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin qəbul etdiyi maraqlı qərarlar, ötən rüb ərzində Azərbaycan qanunvericiliyində baş vermiş mühüm yeniliklər, hüququn müxtəlif sahələri ilə bağlı yerli və beynəlxalq mətbuatda dərc olunmuş maraqlı xəbərlər, tanınmış hüquqşünasların həyat və faəliyyəti haqqında məlumatlar yer alıb.

 

“Sualınıza vəkil cavab versin” rubrikasında isə Bakı Hüquq Mərkəzinin hüquqşünaslarının müxtəlif hüquqi məsələlərlə bağlı vətəndaşların suallarına cavabları yerləşdirilib.

 

Qeyd edək ki, Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.

 

Jurnal "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin təşkilati dəstəyi ilə çıxmaqla Azərbaycanda insan hüquqlarının müdafiəsinə dəstək verəcək, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına töhfə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15