“Arif Yunusun vəziyyəti stabilləşib” - <span style="color:red;">RƏSMİ  - <span style="color:red;">YENİLƏNİB
29 aprel 2014 10:44 (UTC +04:00)

“Arif Yunusun vəziyyəti stabilləşib” - RƏSMİ - YENİLƏNİB

“1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Arif Yunusun vəziyyəti hazırda stabilləşib”. Bu barədə Lent.az-a xəstəxananın reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən verilən məlumatda o da deyilir ki, xəstə qan təzyiqi ilə əlaqədar reanimasiyaya yerləşdirilib: “Bura daxil olanda vəziyyəti orta ağır idi. İndi huşu özündədir. Şikayəti zəifliyindəndir”.

 

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı A. Yunus aeroportda saxlanıldıqdan sonra vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

# 2064

Oxşar yazılar