““Oazis”də davanın səbəbkarı içkili mühafizəçi idi” - QARŞI TƏRƏF DANIŞDI
06 sentyabr 2014 14:21 (UTC +04:00)

““Oazis”də davanın səbəbkarı içkili mühafizəçi idi” - QARŞI TƏRƏF DANIŞDI

 

“Oazis” restoranında baş verən kütləvi davada xəsarət alan Zaur Əsgərovun vəziyyəti qənaətbəxş deyil. Bu barədə APA TV-yə açıqlamasında xəsarət alanın atası Mahir Əsgərov deyib. Onun sözlərinə görə, qarşılıqlı əlbəyaxada ciddi xəsarət alanlardan biri də oğlu olub.


“Oğlumun günahı varsa, cəzasını alacaq”. Amma oğlumu qan içində 3 yaşlı oğlunun, gəlinin qarşısında elə hala salmaq haqsızlıqdır”.

Kütləvi dava baş verən məclisdə iştirak etmiş Mahir Əsgərov hadisənin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, oğlu öz xanımı ilə rəqs edən zaman mühafizəçilərdən biri ona yaxınlaşıb və həyat yoldaşının yaxasını bağlamasını məsləhət bilib. Geyimə nəzarətin mühafizəçinin səlahiyyətinə nə dərəcədə aid-olun olmaması sualına gəldikdə...

“Bəli, qadının yaxasının düyməsini bağlaması barədə söhbət gedib. Amma biz sonradan bildik ki , mühafizəçi içkili olub. Hətta restoranın sahibi olan Hacı Mirtalib sonradan o mühafizəçini işdən qovub”.

Zərərçəkənin atası hüquq-mühafizə orqanlarının işindən narazı olmadığını, veriləcək cəzanın ədalətli olacağına inandığı deyib. Mahir Əsgərov hazırda faktla bağlı kütləvi davada iştirak edən hər tərəfdən 1 nəfər saxlansa da, digər şəxslərin də məsuliyyətə cəlb olunacağını istisna etməyib. “Restoranın sahibi aranı sakitləşdirməli idi” deyən Mahir Əsgərov hesab edir ki, məsələnin bu həddə çatmaması üçün müvafiq tədbirlər görülməli idi.

“İstəsəydilər, o dava düşməzdi. Bir kəlmə lazımi orqanlara müraciət etsəydi, onlar hamısı öz cəzasına çatacaqdılar . Amma orada “samosud” etməyin, öz-ozünə qərar verməyin yeri yox idi”.

Zərərçəkən barışıq əldə olunmasının tərəfdarı olduğunu söyləyib. Bunun üçün restoran rəhbərliyi iddialarını geri götürməli və qarşılıqlı razılıq əldə olunmalıdır. Mahir Əsgərov bildirib ki, hələlik barışıq üçün restoran rəhbərliyi tərəfindən heç bir addım atılmayıb, əksinə rəhbərlik bildirib ki, hər şeyin hüquqi müstəbidə həll olunmasına tərəfdardırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6314
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28