Noyabrın 19-dan 21-ə kimi Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) 3-cü Assambleyasına ev sahibliyi edib. Lent.az-ın məlumatına görə, dünyanın 17 ölkəsindən 27 nümayəndənin iştirak etdiyi magistr proqramının məzunlarından biri də Azərbaycan vətəndaşıdır. Akademiyadan gələn ay məzun olacaq 27 nəfər dünyada korrupsiyaya qarşı mübarizə sahəsi üzrə magistr təhsili almış ilk nümayəndələr olacaq.
IACA-nın ilk 27 məzunundan biri olan Azərbaycan vətəndaşı ölkəmizin Avstriyadakı Səfirliyinin ikinci katibi Yalçın İlqar oğlu Rəfiyevdir. Azərbaycanlı diplomat, eyni zamanda, IACA-nın ilk məzunları arasında post-sovet ölkələrinin yeganə nümayəndəsidir.