Siyəzəndə həyəcan: <span style="color:red;">radikal dindarlar aksiya keçirir  - <span style="color:red;">YENİLƏNİB
25 aprel 2014 15:09 (UTC +04:00)

Siyəzəndə həyəcan: radikal dindarlar aksiya keçirir - YENİLƏNİB

Bu gün Siyəzən rayonunda bir qrup dindar Rayon İcra Hakimiyyəti binasının qarşısında aksiya keçirməyə cəhd göstərib. Lent.az-ın məlumatına görə, vəhhabi təriqətinə mənsub olan 30-40 nəfərlik qrup rayon məscidində onlara ibadət etməyə şərait yaradılması ilə bağlı çıxış ediblər. Əraziyə az sonra polis qüvvələri cəlb edilib və icazəsiz aksiyanın qarşısı alınıb.

 

Bundan sonra dindarlar rayon məscidinin qarşısında toplaşıblar. Hazırda ərazidə xeyli polis və digər şəxslər cəmləşib.

 

Siyəzən rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, rayon Polis Şöbəsinin rəisi və digər rəhbər şəxslər də ərazidədir.

 

****

 

Siyəzən RİH-nin başçısı Arif Qasımovun APA-ya verdiyi məlumata görə, dindarlara imamları olmadığı üçün cümə namazını evlərində qılmaları tövsiyə olunub. Bu informasiyadan onların bəzilərinin xəbərləri olmayıb. “Mən onlarla görüşdüm və məsələ öz həllini tapdı”. Dindarlara bildirilib ki, gələn həftədən etibarən onlar üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam təyin olunacaq. Bundan sonra etirazçılar ərazidən uzaqlaşıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7274
avatar

Nizam Rza

Oxşar yazılar