7 nəfəri öldürən şəxsin ailəsindəki olayla bağlı - <span style="color:red;">RƏSMİ MƏLUMAT
04 noyabr 2014 13:32 (UTC +04:00)

7 nəfəri öldürən şəxsin ailəsindəki olayla bağlı - RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Goranboyda 7 nəfərin öldürən şəxsin ailəsində baş verən faciə ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, noyabrın 3-də Safıkürd kəndində Afiq Hüseynov yaşadığı evin həyətində özünü asıb. Hadisə yerinə gələn A.Hüseynovun atası Müzəffər isə infarktdan ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, ailənin digər oğlu Rafiq Hüseynov bir müddət əvvəl qayınatası evində həyat yoldaşı da daxil olmaqla 7 nəfəri öldürüb. Ailənin ən böyük oğlu isə bir neçə il əvvəl özünü asaraq intihar edib. O, Qarabağ müharibəsi iştirakçısı imiş və cəbhədə əldə etdiyi qumbaranı evə gətiribmiş. Həmin şəxsin intihar etməsindən sonra qumbara ailənin digər övladı olan Rafiq Hüseynovda qalıb. R.Hüseynov da məhz həmin qumbaranı qayınanasının evinə atıb və 7 nəfərin ölümünə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1523
avatar

Oxşar yazılar