Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb və 1937-ci il təvəllüdlü Pradçikova Praskoviyanın cəsədini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 11:10-da başa çatıb.