34 yaşlı kişi qonşu qadını niyə güllələdi?  - <span style="color:red;">YENİLƏNİB
29 mart 2014 14:14 (UTC +04:00)

34 yaşlı kişi qonşu qadını niyə güllələdi? - YENİLƏNİB

0

 

Martın 21-də Lənkəranda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Lənkəran şəhərində 60 yaşlı Sürəyya Tağıyevanı güllələyərək qətlə yetirən 34 yaşlı Samid Hüseynov hadisədən 8 gün sonra polis şöbəsinə gələrək təslim olub. Bildirilir ki, S.Hüseynov avtomatla güllələyərək qətlə yetirdiyi qadınla qonşu olub. S.Hüseynov və onun qardaşı rayonda sələmçilik edən 60 yaşlı S.Tağıyevaya xeyli pul borclu olub.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

 

*****

 

 

13:38

 

60 yaşlı qadını avtomatla güllələyən şəxs tutulub

 

Lənkəranda törədilmiş qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 21-də Lənkəran şəhər sakini Surayə Tağıyevanı qətlə yetirmiş şəhər sakini Samid Hüseynov tutulub. Ondan “AKM” markalı silah və 7 ədəd patron götürülüb.

 

Qeyd edək ki, maskalı şəxs 60 yaşlı Sürəyya Tağıyevanı Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilində güllələyərək qaçmışdı.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5531

Oxşar yazılar