55 yaşlı kişi həmkəndliləri tərəfindən vəhşicəsinə döyüldü
09 sentyabr 2015 01:42 (UTC +04:00)

55 yaşlı kişi həmkəndliləri tərəfindən vəhşicəsinə döyüldü

Şəkidə 55 yaşlı kişi həmkəndliləri tərəfindən vəhşicəsinə döyülüb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini, 1960-cı il təvəllüdlü Rasim Zeynal oğlu Qafarov sentyabrın 8-i axşam saat 20:30 qapalı kəllə-beyn travması ilə xəstəxanaya daxil olub.

 

 

Hakim müayinəsi və araşdırması zamanı məlum olub ki, 55 yaşlı Rasim Qafarov həmkəndliləri tərəfindən vəhşicəsinə döyülüb. Rasim Qafarov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda Rasim Qafarovun həmkəndliləri tərəfindən döyülməsi faktı təsdiqlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar