Siyəzən rayonu ərazisində 53 yaşlı kişi kanalda batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilir ki, sentyabrın 27-də 1960-cı il təvəllüdlü Omarov Talıb Saqil oğlunun Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub və axtarışlara başlanılıb.