Ötən gün 5-ci mərtəbədən yıxılaraq xəsarət alan qadının vəziyyəti ağır olaraq qalır.
Lent.az-ın ANS TV-yə istinadən xəbərinə görə, ilk olaraq özəl klinikalardan birinə aparılan 28 yaşlı Lalə Bayramova sonra 3 saylı Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaxınlarının istəyilə isə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.
Huşu özünə gələn Lalə Baramovanın vəziyyəti ağır qiymətləndirilir.
Həkim Ədalət Abdullayev xəstəxanaya daxil olan kimi Lalənin nervocərrahın baxışından keçəndən sonra Travmatologiya şöbəsinə yerləşdirildiyini deyir. O xəstənin sol bazu sümüyünün, körpücük sümüyünün, 11-ci döş fəqərəsinin və 3-cü bel fəqərəsinin sındığını bildirib. Xəstənin vəziyyəti ağır-stabil olaraq qalır.
5-ci mərtəbədən yıxılan qadının həkimi danışdı
91