5-ci mərtəbədən düşən qadınla bağlı FHN-in açıqlaması
Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyin «112» qaynar telefon xəttinə intihar barədə məlumat daxil olub.
Qurumun uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1977-ci il təvəllüdlü Kərimova Hicran Həmidağa qızı doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü aşağı atıb və binanın yaxınlığında olan birmərtəbəli tikilinin damına düşərək vəfat edib.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi tikilinin damından aşağı endirərək, aidiyyəti üzrə təhvil verib. Onlar baş vermiş hadisənin təhqiqatına köməklik məqsədilə H.Kərimovaya məxsus mənzilin giriş qapısını açıb və hüquq mühafizə orqanları əməkdaşlarının mənzilə daxil olmalarına şərait yaradıblar.
***
20.02
Bakıda qadın beşinci mərtəbədən yıxılaraq ölüb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əlyar Əliyev küçəsində yerləşən 9 mərtəbəli binada qeydə alınıb. Naməlum qadın binanın beşinci mərtəbəsindən həyətə düşərək ölüb.
Hadisənin motivləri haqda hələlik məlumat verilmir. Olay yerində polis və prokurorluq orqanlarının əməkdaşları iş aparır.