Bakıda satdığı malın pulunu ala bilməyən şəxs polisə müraciət edib. Lent.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Nəsirov Elmar Xanlar oğlu ərizə yazaraq bildirib ki, noyabrın 8-də satıcı işlədiyi Badamdar şosesi 27-də yerləşən boya mağazasında Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Elman Əliabbas oğlu Yusifov ondan 3914 manat dəyərində boya alıb. Lakin həmin şəxs aldığı malın pulunu verməkdən boyun qaçırıb.
Müraciət əsasında araşdırma aparılır.