İyulun 21-də Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağcabədi şəhərində 1970-ci il təvəllüdlü Arzuman Süleymanov özünü yaşadığı evin həyətindəki alaçıqda asıb.
Oxşar hadisə Suraxanı rayonunda da baş verib. Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi-57 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Sahilə Rzayeva özünü asaraq intihar edib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.