4-cü mikrorayon dairəsindəki dəhşətli qəzalar <span style="color:red;">KAMERALARDA
17 mart 2014 17:09 (UTC +04:00)

4-cü mikrorayon dairəsindəki dəhşətli qəzalar KAMERALARDA

Lent.az-ın Bakıda ən çox qəza baş verən ərazilər və qəzalarla bağlı təqdim etdiyi növbəti videolar paytaxtın 4-cü mikrorayon dairəsi kimi tanınan ərazisində qeydə alınıb. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu yol qəzalarında sürücülərin elementar qaydalara əməl etmədikləri açıq-aydan görünür. Sürücülərin bir-birinə yol verməməsi, hətta aşağı sürətdə belə toqquşmadan yayına bilməmələri onu göstərir ki, bəzi sürücülər hələ də qaydalardan xəbərsizdilər. Bundan əlavə, həmin yol ayrıcında nişanlar da çatışmır. Əslində sağdan hərəkət edən nəqliyyat vasitəsi üstünlük hüququna malikdir. Çünki həmin yol ayrıcı işıqforla nizamlanmır. Nizamlanmayan yol ayrıclarında isə üstünlük sağdan hərəkət edən nəqliyyat vasitəsinə verilir. Amma bu görüntülərdən də görürük ki, əksər hallarda heç də sağdan hərəkət edən nəqliyyat vasitələrinə yol verən olmur və bu da qəza ilə nəticələnir. Beləliklə də, həmin ərazidə ya nizamlayıcı qoyulmalı, ya da nişanlar quraşdırılmalıdır. DYP və Nəqliyyat Nazirliyi bu görüntüləri analiz edib nəticə çıxarsa, qəzaların da sayı azalmış olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4072

Oxşar yazılar