Bakıda quldurluqla məşğul olan şəxs tutulub. Lent.az xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində 1996-cı il təvəllüdlü Ülvi Cuvarlıya bıçaqla hədə qorxu gələrək, ona məxsus “Samsung” markalı mobil telefonu alan şəxsin Suraxanı rayonun Bülbülə qəsəbə sakini 2000-ci il təvəllüdlü Osmanov Seymur Samir oğlu olduğu müəyyən edilib. O, Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ərazi üzrə 16-cı Polis Bölməsinə təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, S.Osmanov daha əvvəl Cinayət Məcəlləsinin 180.1, 326.1 və 177.1 maddələri ilə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.