3 ayda nə qədər neft nəql olunub?
10 aprel 2013 14:53 (UTC +04:00)

3 ayda nə qədər neft nəql olunub?

 

2013-cü ilin mart ayı ərzində 2 milyon 364 min 226 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu barədə Lent. az-a Dövlət neft Şirkətindən məlumat verilib. Bunun 1 milyon 414 min 759 tonunu Dövlət Neft Fondunun məhsulu təşkil edib. Cari ilin yanvar-mart aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 6 milyon 993 min 789 ton olub.
2013-cü ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 438 min 660 ton Azərbaycan nefti nəql edilib. Cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 343 min 762 ton neft ötürülüb. Ümumiyyətlə, istifadəyə verilən gündən 2013-cü il aprel ayının 1-ə qədər kəmərə 212 milyon 795 min 576 ton neft vurulub.

Bundan başqa, cari ilin mart ayında bu kəmər vasitəsilə 276 min 523 ton Türkmənistan nefti nəql olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar