2 inək, 32 qoyun oğurladı <span style="color:red;">– BAKIDA
12 dekabr 2015 16:23 (UTC +04:00)

2 inək, 32 qoyun oğurladı – BAKIDA

Bakıda mal-qara oğurluğu ilə məşğul olan şəxs tutulub. Lent.az-ın məlumatına görə, dekabrın 11-nə keçən gecə Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Mirseyfəl Məlikovun həyətindən 32 baş qoyun oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Mirzəağa Həbibov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-də Fərid Novruzova məxsus həyətdən 2 baş inək oğurlaması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar