Bakıda dostunun evində qonaq olan 29 yaşlı oğlan qəfil ölüb. Yasamal Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəcəf bəy Vəzirov küçəsində yaşayan 1984-cü il təvəllüdlü Məlikov Faiq Şahin oğlunun halı qəfil pisləşib və o dünyasını dəyişib.
İlkin məlumata görə, F.Məlikov ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırma aparılır.