24 yaşlı oğlan faciəvi şəkildə öldü
12 aprel 2018 09:33 (UTC +04:00)

24 yaşlı oğlan faciəvi şəkildə öldü

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən saat 14:30 radələrində Ələt-Astara magistral yolunun bu rayondan keçən 22-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili yolu keçməyə çalışan gənc oğlanı vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin araşdırmadan sonra vəfat edən gəncin 1994-cü il təvəllüdlü Vəliyev Fəqan Xurşud oğlu olması müəyyən edilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349

Oxşar yazılar