22 yaşlı oğlan dənizdə batıb
09 avqust 2016 19:43 (UTC +04:00)

22 yaşlı oğlan dənizdə batıb

 

Bu gün 22 yaşlı Bakı sakini dənizdə batıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Xəzər rayonunda 1 nəfərin batması barədə məlumat əldə edildikdən sonra FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

 

Xilasedicilər dənizdə batan 1994-ci il təvəllüdlü, Ömərov Məhəmməd Fikrət oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 16:00-da başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 70
avatar

Oxşar yazılar