Hacıqabul rayonunda qətl törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 9-da gecə saat 01:30 radələrində rayon sakini 1992-ci il təvəllüdlü Qubadlı Rüfət Nəriman oğlu 1985-ci il təvəllüdlü Hacıyev İlham Hacıməmməd oğluna bıçaqla xəsarət yetirib. İ.Hacıyev hadisə yerindəcə keçinib.
R.Qubadlı saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.