21 yaşlı qadın intihara cəhd etdi
30 oktyabr 2015 18:09 (UTC +04:00)

21 yaşlı qadın intihara cəhd etdi

0

Bu gün 21 yaşlı qadın zəhərlənmə şikayəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

 

APA-nın məlumatına görə, xəstəxanaya yerləşdirilən Qasımova Nərmin Allahverdi qızının zəhərlənmə ilə yanaşı, döyüldüyü də müəyyənləşib. Atası Allahverdi Mustafayev APA-nın Qarabağ bürosuna bildirib ki, qızı 7 ildir rayonun Hindarx qəsəbəsinə gəlin köçüb. O, qızının dəfələrlə zorakılğa məruz qaldığını deyib: “Bizim qızımızı döyüblər və o da zəhər içərək intihara cəhd edib”.

 

Faktla bağlı N. Qasımovanın valideynləri Ağcabədi rayon Polis Şöbəsinə müraciət ediblər, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar