<span style="color:red;">Bakıda bu da oldu:  28 min avroluq əşyaları taksidə qoyub getdi
07 noyabr 2014 15:45 (UTC +04:00)

Bakıda bu da oldu: 28 min avroluq əşyaları taksidə qoyub getdi

Bakıda Rusiya vətəndaşının başına maraqlı hadisə gəlib. Lent.az-ın məlumatına görə,“102” xidmətinə müraciət edən, Rusiya Federasiyası vətəndaşı Rostovski Georgi Anatoliyeviç taksidə bahalı əşyalarını unutduğunu bildirib. G.Rostovski bildirib ki, taksi ilə Tbilisi prospektinə gəlib və "Qafqaz" otelin yaxınlığında avtomobildən düşüb. Az sonra o, 10 min avro dəyəri olan kürkünü və 18 min avroluq çantasını taksidə unutduğunu başa düşüb. Avtomobil isə artıq uzaqlaşıbmış.

 

Rusiya vətəndaşı deyib ki, taksidə unutduğu əşyalar brend markalardan olub. Hazırda axtarışlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7282
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar