Xaricə gedən qadının evini satdılar, gəlib gördü ki...
21 yanvar 2023 18:29 (UTC +04:00)

Xaricə gedən qadının evini satdılar, gəlib gördü ki...

Moskvada naməlum şəxslər bir qadının Kipr və Böyük Britaniyada yaşadığı müddətdə mənzilini satıblar.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 67 yaşlı moskvalı Olqa Xoroş bir müddət Kiprdə və Böyük Britaniyada yaşayıb. 2023-cü il yanvarın ortalarında qadın Moskvanın Leninski prospektində ərindən miras qalan evinə qayıdıb.

O, mənzilə daxil olanda orada artıq orada başqa adamların yaşadığını görüb. Qadının öz evində gözləmədən rastlaşdığı ana və oğul mənzili 2022-ci ilin sonunda aldıqlarını deyiblər.

Olqa Xoroş polisə şikayət edib. Şikayət əsasında araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3294
avatar

Oxşar yazılar