Lənkəranda qadını cərəyan vurub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə şəhərin Zərifə Əliyeva küçəsindəki binalardan birinin həyətində baş verib.
1600 kv-lıq yarımstansiyanın içərisinə daxil olan 55 yaşlı Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub. Qadın elə oradaca keçinib.
K.Quliyevanın xadimə kimi fəaliyyət göstərdiyi, DOST Mərkəzinin vasitəsilə sosial işçi olaraq çalışdığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.