Xaçmazda "Corolla" aşdı, ölən və yaralananlar var - YENİLƏNİB
06 may 2025 09:21 (UTC +04:00)

Xaçmazda "Corolla" aşdı, ölən və yaralananlar var - YENİLƏNİB

Xaçmazda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Ləcət kəndi ərazisində baş verib. 41 yaşlı Həsənbəyov Tərlan Əlifxan oğlunun “Toyota Corolla” markalı avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücü və sərnişinlər - 60 yaşlı Balacayeva Aynaxanım Arif qızı, 11 yaşlı Həsənbəyov Rəsul Tərlan oğlu və 63 yaşlı Balacayev Xanlar Abzər oğlu xəsarət alıblar. Sürücü T. Həsənbəyov klinikaya aparılarkən ambulansda keçinib.

Faktla bağlı cinayət işi açılıb.

***
4 may, saat: 21:23

04.05.2025-ci il saat 17:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1962-ci il təvəllüdlü (kişi cinsli), 1965-ci il təvəllüdlü (qadın cinsli), 1984-cü il təvəllüdlü (kişi cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Lentş.az xəbər verir ki, bununla bağlı APA-ya TƏBİB-dən məlumat verilib.

Məlumatda bildirilib ki, həmin şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.

***

18:35

Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Hamının vəziyyəti ağırdır. Tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3584

Oxşar yazılar

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi

9 avqust 2025 , 10:00
Tərtərdə AĞIR QƏZA:  3 nəfər öldü

Tərtərdə AĞIR QƏZA: 3 nəfər öldü

9 avqust 2025 , 09:45
Qəbələdə yanğın törədən saxlanıldı

Qəbələdə yanğın törədən saxlanıldı

9 avqust 2025 , 09:27
Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

9 avqust 2025 , 08:41
Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu,  yaralılar var

Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu, yaralılar var

8 avqust 2025 , 20:52
Ağdaşda FACİƏ:  35 yaşlı kişini cərəyan vurub öldürdü

Ağdaşda FACİƏ: 35 yaşlı kişini cərəyan vurub öldürdü

8 avqust 2025 , 20:34
Bakıda dənizdə 1 nəfər batdı

Bakıda dənizdə 1 nəfər batdı

8 avqust 2025 , 19:54
Bakıda üzüm çardağında meyit tapıldı

Bakıda üzüm çardağında meyit tapıldı

8 avqust 2025 , 19:11