Vilayət Eyvazov generala yeni vəzifə verdi
13 yanvar 2023 15:53 (UTC +04:00)

Vilayət Eyvazov generala yeni vəzifə verdi

0

Daxili İşlər Nazirliyində yeni təyinat olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Sərdar Səfərov tutduğu vəzifədən azad edilərək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib. 

DİN-in mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5395

Oxşar yazılar