Daxili işlər orqanlarında yeni təyinat olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, polis polkovniki Nəsimi Şikarov Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsində idarə rəisinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nəsimi Şikarov sabiq səfir Daşqın Şikarovun qardaşıdır.