Daha iki rayona yeni polis rəisi  təyin edildi
14 mart 2024 15:40 (UTC +04:00)

Daha iki rayona yeni polis rəisi təyin edildi

0

Daxili işlər orqanlarında yeni təyinatlar olub. 

Lent.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib. 

Bundan başqa, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 41636

Oxşar yazılar